Ermənistan

“8 il əvvəl bura heç kim gəlməzdi” - Makron

4 May 2026 20:34
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa Prezidenti Emmanuel Makron İrəvanın Avropaya inteqrasiya seçimi sayəsində ölkənin artıq Rusiyanın de-fakto peyki kimi qəbul edilmədiyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa lideri bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti zamanı səsləndirib.

Makron qeyd edib ki, cəmi 8 il əvvəl Ermənistan beynəlxalq aləmdə Rusiyadan tam asılı dövlət kimi tanındığı üçün belə sammitlərin İrəvanda keçirilməsi qeyri-mümkün idi:

"Gəlin dürüst olaq, 8 il əvvəl bura heç kim gəlməzdi. 8 il əvvəl bu ölkəyə Rusiyanın de-fakto peyki kimi baxırdılar".

Makronun sözlərinə görə, 2018-ci il "məxməri inqilab"ından sonra Paşinyan ölkənin inkişafı üçün əsas istiqamət kimi Avropanı seçərək strateji bir dönüş edib.

Xatırladaq ki, Ermənistanın 2018-ci ildə parlamentli idarəetmə üsuluna keçməsi və Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvan-Moskva münasibətlərində soyuqluq sezilməkdədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.