Azərbaycanda ilk dəfə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan-canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla başa çatıb.
Milli.Az xəbər verir ki, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda resipiyentin stasionar müalicəsi həkim nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərlinin təqibi ilə davam etdirilir. Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.
Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrah Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra olunub.
Qeyd edək ki, dəyəri yüksək olan - zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun böyrəyi ilə əvəz edilməsi prosesi artıq ölkəmizdə icbari tibbi sığorta ilə qarşılanır. Bundan sonra müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanaya sahib Yeni Klinikada yüksək ixtisaslı, peşəkar komanda sayəsində böyrək transplantasiyası əməliyyatlarının icrası mümkün olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilib. Qərara əsasən, "Yeni Klinika" Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya daxil edilib.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)





