Ölkə

Uşağını sanitar qovşağa atan ana: "Çimizdirmək istəyirdim"

5 Mart 2025 21:42
Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba Rayon Mərkəzi Xəstəxanasında 34 yaşlı qadının sanitar qovşaqda yeni doğulmuş körpəsini öldürməyə cəhd etməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma davam edir.

Milli.Az Bizim.Media-ya istinadla xəbər verir ki, ananın öz uşağını öldürmək istəməsini xəstəxananın tibb personalından bir əməkdaş iddia edib.

Həmin əməkdaşın sözlərinə görə o, sanitar qovşağa daxil olanda, ananın sanitar qovşaqdakı şlanqla körpəsini öldürmək istədiyini görüb. Ana isə öz ifadəsində əksini deyir. Bildirir ki, həmin şlanqla uşağı çimizdirmək istəyib.

Tərəflərin ifadələrinə və digər təfərrüatlara hüquqi qiymət araşdırmaların sonunda veriləcək.

Onu da qeyd edək ki, yeni doğulmuş uşağın vəziyyəti stabildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.