Ölkə

Azərbaycanda anasının sanitar qovşağa atdığı deyilən körpənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

28 Fevral 2025 23:55
Baxış: 2 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkimlərin ehtiyatla sarıdığı, və sağlamlığına müdaxilə etdiyi bu körpə xəstəxananın sanitar qovşağında tapılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iddiaya görə, təzə doğulmuş körpəni elə anası ora atıb.

Ötən gün bir qadın böyrək sancısı ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 34 yaşlı Turanə Konux tibb müəssisəsinin sanitar qovşağına getmək istədiyini bildirib və orada doğuş həyata keçirib. Bundan sonra onun körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.

Sonradan isə Quba Rayon Mərkəzi Xəstəxanasından belə bir açıqlama yayıldı ki, böyrək sancısı şikayətləri ilə hospitalizasiya olunan qadının hamilə olduğu müəyyən edilib və dərhal ginekoloq konsultasiyası təmin olunub. Şöbədə aparılan təxirəsalınmaz tibbi müdaxilə nəticəsində doğuş baş verib. Ana və körpəsi Quba Regional Perinatal Mərkəzə təxliyə edilib. Hamilə qadının vəziyyəti stabil olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.

Halbuki, əldə etdiyimiz videodan da aydın eşidilir ki, tibb işçiləri uşağı sanitar qovşaqdan tapdıqlarını deyirlər...

Quba Rayon Prokurorluğundan isə bildrilib ki, fakt araşdırılır.

Həmin görüntüləri təqdim edirik:

-------
12:48

Ötən gün böyrək sancısı ilə Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 34 yaşlı T. Konuxun tibb müəssisəsinin sanitar qovşağında doğuş həyata keçirdiyi, daha sonra isə körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə Bizim.media məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra Quba Rayon Mərkəzi Xəstəxanasının tibb personalı körpəyə və anaya təcili tibbi yardım şöbəsində yardım göstəriblər. Ana və oğlan uşağı Quba Regional Perinatal Mərkəzə yerləşdiriliblər.

Qeyd olunub ki, qadının körpəsindən imtina etdiyi və onu öldürmək cəhdi ilə bağlı fakt Quba Rayon Prokurorluğunda araşdırılır.

Məsələ ilə bağlı Quba RMX-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda ana və yenidoğulmuşun vəziyyəti nəzarət altında saxlanılır:

"Ötən gün saat 07:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə böyrək sancısı şikayətləri ilə hospitalizasiya olunan 1991-ci il təvəllüdlü qadın müayinə edilib. Həmin şöbənin həkimi tərəfindən aparılan ilkin tibbi qiymətləndirmə zamanı pasiyentin hamilə olduğu müəyyən edilib və dərhal ginekoloq konsultasiyası təmin olunub.

Şöbədə aparılan təxirəsalınmaz tibbi müdaxilə nəticəsində doğuş baş verib. Neonatal reanimasiya tədbirləri yerinə yetirildikdən sonra ana və körpəsi Quba Regional Perinatal Mərkəzə təxliyə edilib.

Hamilə qadının vəziyyəti stabil olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir. Yenidoğulmuşun vəziyyəti isə ağır olaraq dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub. Hazırda ana və yeni doğulmuşun vəziyyəti tibb müəssisəsində nəzarət altında saxlanılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.