İdman

Daha bir federasiya fəaliyyətini dayandırdı

5 Mart 2025 14:27
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.

Milli.Az "APA"ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.

Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub. Qurum 2002-ci ildə yaradılmışdı, 2020-ci il avqustun 20-də federasiyada kadr dəyişikliyi olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilmişdir.

Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.