Mədəniyyət

MEMİM-in “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəsinin ilk qonağı jurnalist Vüqar İmanov olub - FOTO

5 Mart 2025 20:58
Baxış: 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) "Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri" adlı yeni layihəyə başlayıb.

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir. 

"Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri" adlı layihənin ilk seminarı  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə 2025-ci ilin 4 mart tarixində "Trend" Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, "Tərəqqi" medalı ilə təltif edilən jurnalist Vüqar Imanovun iştirakı ilə həmin muzeydə təşkil olunub. 

Seminarın açılışında MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçiriləcəyindən danışıb.       

Vüqar İmanov sözügedən seminarda müasir texnologiyanın jurnalistika sahəsinə  gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət jurnalistikasının öyrədici-maarifləndirici xüsusiyyətləri və gənc nəslin əsl peşəkar kimi formalaşmasından, eləcə də sahənin müasir inkişaf istiqamətlərindən söhbət açıb. 

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Vüqar İmanov Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Diplomla təltif olunub.

Tədbir zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışova tərəfindən musiqi əsərləri səslənib. 
Rəfiqə Nəsirovanın moderatorluğu ilə baş tutan seminar fikir mübadiləsi formatında keçirilib və Vüqar İmanov auditoriyanı maraqlandıran sualları cavablandırıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.