Rusiya

Rusiya Moldovaya nota verdi

5 Mart 2025 21:52
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lillina Dariya Rusiya Xarici İşlər Nazirliyinə çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Moldova diplomatik missiyasının rəhbərinə Moldova Prezidentinin 2024-cü ilin oktyabrında Rusiya Federasiyasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri O.B.Ozerovun etimadnaməsini qəbul etməməsindən çaşqınlıq ifadə edib.

Moldova səfirinə Vyana Konvensiyasının mətni və Moldova tərəfinin diplomatik nümayəndəliklərin rəhbərlərinə münasibətdə tətbiq edilən təcrübənin vahidliyi və etimadnamələrini təqdim etmə qaydası baxımından onun müddəalarını pozmasının səbəblərinin izahını tələb edən şifahi nota verilib. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.