Rusiya

Oğlu ilə birgə bacısını öldürdü, meyiti 1 il zirzəmidə GİZLƏTDİ

4 Mart 2025 20:30
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Perm vilayətində sərxoş kişi oğlu ilə birgə öz bacısını öldürüb.

Milli.Az bildirir ki, 53 yaşlı kişi tezliklə məhkəmə qarşısına çıxacaq.

İstintaqın məlumatına görə, 2023-cü ilin dekabrında Perm sakini spirtli içki qəbul edərkən bacısı ilə mübahisə edib. O, oğlu ilə birlikdə qadına hücum edərək onu boğub.

Cinayəti gizlətmək üçün ata-oğul meyiti Motovilixa rayonunda yerləşən fərdi yaşayış evinin zirzəmisində gizlədiblər. Meyit bir il əvvəl, 2024-cü ilin martında tapılıb.

Şübhəlinin oğlunun hadisə zamanı anlaqsız olduğu açıqlanıb. Kişinin işi ayrıca icraata ayrılıb. 

Müstəntiqlər iddia edilən qatillə bağlı kifayət qədər sübutlar toplayıblar, iş materialları məhkəməyə göndərilib və yaxın vaxtlarda orada baxılacaq. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.