Rusiya

Rostova PUA hücumu - neft kəmərində yanğın oldu

4 Mart 2025 00:02
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Rostov vilayətinin Çertkovski rayonunda neft kəmərində güclü PUA hücumu nəticəsində yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu haqda vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar məlumat verib.

O bildirib ki, ilkin məlumatlara görə, itki yoxdur və şəxsi heyət təxliyə edilib.

"Çertkovski rayonunda kütləvi PUA hücumu nəticəsində neft kəmərində yanğın baş verib. Hadisə yerinə fövqəladə hallar nazirliyinin əməkdaşları cəlb olunub. Şəxsi heyət təxliyə edilib. Hələlik itki yoxdur. Məlumat dəqiqləşdirilir", - Slyusar "Telegram" kanalında yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.