Volqoqradda (Rusiya) SSRİ-nin Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin 73 illik yubileyi münasibətilə ona hədiyyə edilən qızıl "Raketa" saatı 35 milyon rubla (təxminən 678 min manat) satılır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Saat Petrodvorets zavodunda hazırlanıb. Məlumat üçün bildirək ki, bu saat 1983-cü ildə Qalina Leonidovna Brejneva (Leonid İliçin qızı) tərəfindən Mosqorlombardda girov qoyulub və geri alınmayıb", - saat satıcısı bildirib.
Milli.Az