Dünya

“Prada” özü kimi məşhur brendi alır

4 Mart 2025 19:34
Baxış: 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Prada" və "Capri Holdings" arasında "Versace"nin satınalınması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. İtaliya markasının satınalınması yönündə müqavilə 1,5 milyard avro (1,6 milyard dollar) dəyərləndirilir.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, iki şirkətin bu ay ərzində yekun razılaşma əldə edəcəyi gözlənilir. Lakin bəzi mənbələr razılaşmanın vaxtının və dəyərinin dəyişə biləcəyini, danışıqların hələ də uğursuz olma ehtimalının olduğunu iddia edir.

Qeyd edək ki, "Capri Holdings" "Versace"ni 2018-ci ildə təxminən 1,8 milyard avroya almışdı. /Teleqraf

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.