Kanal D-nin hər həftə reytinqlərdə zirvədə olan məşhur serialı "Eşref Rüya" tamaşaçıların rəğbətini qazanmaqda davam edir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın aktyor heyətinə yeni bir obraz daxil olub. Hafizə nənənin nəvəsi serialda yer alacaq və bu obrazı gənc aktrisa Bilgesu Kural canlandıracaq.
Serialı izləyənlər Hafizə nənənin övladlarından ayrı düşdüyünü və illərdir onlara qovuşmaq ümidi ilə yaşadığını yaxşı bilirlər. Gələcək bölümdə Hafizə nənə ilk dəfə nəvəsi Saliha ilə qarşılaşacaq.
Lalə Qüdrətova
Milli.Az