ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırıb, bu, hətta yolda olan avadanlıqlara da aiddir. Söhbət 30 dekabr 2024-cü ildə ABŞ-ın əvvəlki prezidenti Co Bayden tərəfindən elan edilmiş yardım paketindən gedir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirləri ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.
Onun sözlərinə görə, göndərilən silahların Ukrayna üçün həlledici olduğu danılmazdır, lakin ölkənin müdafiə sənayesi son illər inkişaf edib:
"Biz bu məsələdə aydınlıq gözləyirdik və təəssüf ki, onu belə bir formada aldıq. Dekabr ayında elan edilən paketə "Stinger" daşınan zenit-raket kompleksləri üçün raketlər, tank əleyhinə komplekslər və digər silahlar daxil idi. Əlbəttə ki, hava hücumundan müdafiə sistemləri üçün yardım da nəzərdə tutulmuşdu. "Patriot" zenit-raket kompleksləri üçün raketlər də həmçinin. Ümumiyyətlə, Ukraynanın ABŞ-dan aldığı silah və texnika çeşidi olduqca genişdir. Bura artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri üçün raketlər, reaktiv artilleriya sistemləri üçün raketlər də daxildir. Bundan əlavə, söhbət HİMARS sistemləri üçün ATACMS raketlərindən, daşınan zenit-raket komplekslərindən gedir. ABŞ-ın yardımı həmçinin texnikanın təmiri, zirehli maşınlar və digər sahələri də əhatə edir. Müharibə illərində Ukrayna özü, eləcə də onun müdafiə-sənaye kompleksi öz müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində çox iş görüb".
Milli.Az