İdman

Rəşad Sadıqovdan "Fənərbağça" açıqlaması

4 Mart 2025 22:10
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz "Fənərbaxça"dan rəsmi təklif almamışıq. Mən də mətbuatı izləyirəm, Salifu Suma haqqında çox xəbərlər yazırlar, ancaq bunların əksəriyyəti həqiqətə uyğun deyil".

Milli.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXV turunda "Turan" üzərində qələbədən (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc çalışdırıcı son vaxtlar müxtəlif klubların diqqət mərkəzinə düşən komandanın qvineyalı hücumçusu Salifu Sumadan danışıb. O bildirib ki, əcnəbi futbolçu ən tez yayda "Zirə"ni tərk edəcək: "Onu deyim ki, yaxın vaxtlarda Sumanın hansısa komandaya transferi gözlənilmir. Düzdür, Kiyev "Dinamo"sundan rəsmi təklif gəlmişdi. Amma yaydan tez bu futbolçunun komandadan getməsi mümkün deyil. Mən hətta Bakıda Salifunun agenti ilə də görüşmüşəm".

Misli Premyer Liqasında səfər qələbəsinə toxunan R.Sadıqov vacib 3 xal qazandıqlarını söyləyib: "Turan Tovuz" çox yaxşı komandadır. Bu kollektivə qarşı mübarizə aparmaq çətindir. Bu qələbədə futbolçuların əzmkarlığı və oyun intizamı əsas rol oynadı". (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.