Cəmiyyət

Könlü balıq istəyənin quyruğu suda, ya da ayağı bazarda ola - Qıtlığın SƏBƏBLƏRİ

5 Mart 2025 20:59
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə bazarda balıq alıcıları ilə satıcıları arasında bir çox müzakirələrə səbəb olan mövzu balıqların azlığı və qiymət artımlarıdır. Hər il olduğu kimi balıq mövsümü gəlib çatsa da, bəzi balıqların mövcudluğu məhdudlaşmış vəziyyətdədir. Ən çox rastlaşılan farel, sazan və beluqa balıqları olsa da, bazarda alıcıların ümid etdiyi kütüm, vobla və ilan balığı tapmaq çox çətindir. Satıcılar, ilan balığının xüsusilə azaldığını və artıq tək-tək satıldığını bildirirlər. Bu isə balıq sevərlərin narahatlığını artırır, çünki qiymətlər yüksəlmiş, sevdikləri balıqları almaq isə daha çətinləşib.

Bəs Xəzərin balıqları niyə yoxa çıxıb?

Milli.Az xəbər verir ki, ekoloqların sözlərinə görə, son 50 ildə ölkəmizdə balıq istehsalı kifayət qədər azalıb.

Ekoloq Rövşən Abbasov qeyd edir ki, çaylarımızdakı suyun azalması, Xəzər dənizinin iqlim dəyişikliklərinin təsiri ilə dayazlaşması və qonşu ölkələrdən, xüsusilə Rusiyadan gələn çayların ciddi şəkildə çirklənməsi bu çayların kürü tökmək üçün uyğun olmaması kimi amillər Xəzər balıqçılığına böyük zərər vurub.

O, əlavə edir ki, son 20 ildə Xəzər dənizində nərə balığının istehsalı demək olar ki, kvota ilə məhdudlaşıb. Balıqçılığın inkişafı məqsədilə bir sıra tədbirlər görülüb, xüsusən süni balıq yetişdirmə məntəqələrinin açılması buna nümunədir. Bu məntəqələrdə yetişdirilən çömçəquyruqların ilkin dövrlərində Xəzər dənizinə və oraya axan çaylara, xüsusilə Kür çayının aşağı hissələrinə buraxıldığı bildirilir.

Qeyd edək ki, balıqların kürüləmə dövründə ovlanması bəzi növlərin məhv olmasına səbəb ola bilər. Mütəxəssislər Xəzər dənizinin biomüxtəlifliyinin və ekosisteminin qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirirlər.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.