Türkiyənin terrorla mübarizəsində yeni mərhələ - ŞƏRH
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına çağırışı ilə bağlı hansısa bazarlıq və ya təqib ehtimalı müzakirə mövzusu deyil. O, bildirib ki, Türkiyə Suriya və İraqda terror təhdidinin olmasını istəmir:
"Qəbul edilmiş prinsiplər çox aydın və birmənalıdır. Bunlar silahların yerə qoyulması, terror təşkilatlarının ləğv olunmasıdır. Əsas məqsədimiz PKK, PYD, YPG terror təşkilatlarının bölgədə sabitliyi pozmasına yol verilməməsidir".
Ö.Çelik qeyd edib ki, rəsmi Ankara prosesi diqqətlə izləyir: "Diqqətli olmalıyıq. Bölgədə terrora son qoymaq üçün bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq".
Bəs bu danışığa əsasən Türkiyənin terrorla mübarizəsində yeni mərhələsi demək olar?
Milli.Az xəbər verir ki, məsələni siyasi şərhçi Kənan Novruzov təhlil edib:
"Məlum olduğu kimi, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan bir neçə gün əvvəl tərəfdarlarına müraciət edərək silahı yerə qoymalarını bildirdi. Bundan sonra sonra digər terror təşkilatları da Öcalanın çağırışına qoşuldu. Ardınca isə PKK terror təşkilatı Kandildə atəşkəsin elan edildiyini bildirdi.
Türkiyə özünün təhlükəsizliyi naminə uzun illərdir ki, terrorla mübarizə aparır. Bu mübarizə həm ölkə daxilində, həm də Suriya və İraqda özünü göstərir. Xüsusilə son illərdə Türkiyənin terrorla mübarizəsində ciddi nəticə əldə olunub. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rəsmi Ankara üçün bu istiqamətdə tamamilə yeni mərhələ başlanıb.
Əvvəl də dediyimiz kimi, indiyə kimi Türkiyənin terrorla mübarizəsinə mane olan əsas məqamlardan biri məhz Əsəd rejimi idi. Suriyadakı hakimiyyət dəyişikliyi Türkiyənin əlini gücləndirdi. Sözsüz ki, Öcalanın çağırışında və fərqli terror təşkilatlarının pozitiv mesajlarında bu məsələnin də xüsusi rolu var.
Eyni zamanda Türkiyə ilə ABŞ arasında hansısa gizli, hələlik ictimaiyyətə açıqlanmayan razılığın əldə olunması da mümkündür. Əgər belədirsə, yəqin ki, Vaşinqton- Ankara xəttində yeni tendensiyaların şahidi olacağıq".
O bildirib ki, mümkündür ki, "sular asanlıqla durulmasın". Çünki PKK, YPG sadəcə terror təşkilatları deyillər, həm də ideologiyadırlar. Bu baxımdan bu və ya digər formada qısa müddət sonra yeni hərəkətlənmənin müşahidə olunması mümkündür.
"Terrorçular özbaşına deyillər. Onlar bu və ya digər ABŞ - dan idarə olunurlar. Bu mənada PKK, YPG- nin bundan sonrakı fəaliyyəti xeyli dərəcədə ABŞ-nin mövqeyindən və Türkiyə ilə münasibətlərdən asılı olacaq.
Ö.Çeliyin dediyi kimi, regionda terror təhdinin tam aradan qalxmasında maraqlı olmayan güclər var. Onlar bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər. Ancaq Türkiyə terrora tamamilə son qoymaqda qərarlıdır. Ankara bunun üçün həm hərbi, həm də diplomatik səylərini ortaya qoyacaq".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
XƏBƏR LENTİ
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı - (Foto)
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat
-
Evinin "kupça"sı olmayanlara şad xəbər
-
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
-
Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi - (Foto)
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Fatih Terim türk serialında çəkiləcək?
-
Elçin Məmmədova vəzifə verildi
-
“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” - Hicran Nəsirova
-
"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)





