İran

Pezeşkianın nazirini işdən çıxardılar

2 Mart 2025 17:26
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İran parlamentində (İslam Şurası Məclisi) iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılıb.

Milli.Az-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə zamanı 182 deputatın lehinə, 89 deputatın əleyhinə səs verməsi, 1 səsin etibarsız sayılması ilə nazirə etimadsızlıq göstərilib.

İslam Şurası Məclisində Rəşti təmsil edən Cabbar Kuçkinejad deyib ki, iqtisadiyyat naziri Abdolnaser Hemmati yenidən parlamentdə etimad səsi qazana bilməyib və vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, nazirə qarşı impiçmentin səbəbi devalvasiya, İran valyutasının məzənnəsinin rekord dərəcədə aşağı düşməsidir.

Naziri müdafiə etmək üçün iclasda iştirak edən İran Prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, bir nazirin əvəzlənməsi köklü dəyişikliyə gətirib çıxarmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.