Cəmiyyət

Sərbəstliyə və alimentə görə qadın boşanmaq üçün iki ayağını bir başmağa dirəyir - DEPUTAT

3 Mart 2025 20:07
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün boşanmaların səbəbi daha çox qadınların sərbəst qalmaq istəyi və aliment almaq imkanlarının olması ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi"nin müzakirəsində deputat Razi Nurullayev deyib. 

Deputatın sözlərinə görə, ona olan müraciətlərdən 10 müraciətdən 8-də məlum olur ki, qadın ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşansın: "Qadınlara stimul verən alimentdir. Bir neçə il bundan qabaq mən bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, tendensiya dəyişib.

Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu boşanmaların artmasına gətirib çıxarmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.