Əkbər Kərimovun müəllifi olduğu ilk fitnes kitabı ictimaiyyətə təqdim edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda, LIBRAFF kitab mərkəzində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, fitnesoloq Əkbər Kərimovun müəllifi olduğu Azərbaycanda ilk fitnes haqqında kitabın təqdimat mərasimi keçirilib. "Fitness nədir?" kitabı 100 mövzudan, 428 səhifədən ibarətdir və Türkiyədə TEAS Press nəşriyyat şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində nəşr olunub.
Trend xəbər verir ki, tədbirin açılışında Əkbər Kərimov kitabın nəşrində göstərdiyi xüsusi dəstəyə və təşəbbüsə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
""Fitnes nədir?" kitabı cəmiyyətimiz üçün idman və sağlamlıq istiqamətində maarifləndirici missiya daşımaqla yanaşı, həm də dövlətin uğurlu idman siyasətinə elmi dəstək və töhfədir", - deyə müəllif qeyd edib.
Tədbirdə iştirak edən ziyalılar, rəsmilər dəyərli fikirlərini bölüşüb, Əkbər Kərimovun elmi işinə uğurlar arzulayıblar. Qeyd olunub ki, kitab faktiki olaraq tədris vəsaiti hesab olunur, maraqlı məlumatlarla zəngindir və maarifləndirici xarakter daşıyır.
Tədbirin təşkilatçısı, "Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyinin sədri Nurlana Hacıyeva, "Fitnes hərəkatına başlayırıq" şüarı altında təqdim olunan kitabın əhəmiyyətini və dəyərini yüksək qiymətləndirdi.
"Fitnes nədir?" kitabına müəllifin iyirmi illik təcrübəsi və bilikləri, sağlamlıq metodikası, məşqlər və qidalanma, sağlam həyat tərzi və motivasiya dəstəyi, psixologiya və etika, zədələrin qarşısının alınması və s. mövzularda tövsiyələr daxil edilib. Bu məlumatlar həm böyüklər, həm də uşaqlar üçün faydalıdır. Uğurlu fitnes mütəxəssisi olmaq üçün anatomiya, fiziologiya, psixologiya, idman və idman qidalanması sahələrində dərin biliklərə sahib olmaq vacibdir. Belə bir mütəxəssis yalnız düzgün qidalanma və idman vasitəsilə optimal fiziki vəziyyətə çatmağa kömək etmir, eyni zamanda onu ömür boyu qoruyub saxlamağa da dəstək verir.
"To fit" felinin birbaşa tərcüməsi "yaxşı formada olmaq" kimi səslənir. Məhz bu felin əsasında "fitnes" adlı idman istiqaməti yaranıb. Fitnes məşqlərinin əsas məqsədləri əzələ relyefini formalaşdırmaq, bədən çəkisini azaltmaq və sağlamlığı gücləndirməkdir. Lakin unutmaq olmaz ki, fitnes sadəcə idman zalına getməkdən ibarət deyil. Bu, bir həyat fəlsəfəsidir və ümumilikdə sağlamlığı yaxşılaşdırmağa, bədəni və ruhu möhkəmləndirməyə və əhval-ruhiyyəni yüksəltməyə imkan verir. Xüsusi bir mədəniyyət, rejim, qidalanma, həyata və sağlamlığa baxış - bu, imtina edilməsi mümkün olmayan həqiqi bir fəlsəfədir.
Tədbir çərçivəsində Ramazan ayında fitnes mövzusunda və qəhvə içkiləri barədə iki mini-seminar keçirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
XƏBƏR LENTİ
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi





