"Elə sənətçilər var ki, rahat şəkildə ailə tablosunu nümayiş edə bilir. Uşaqları və əri ilə foto və videolar çəkib və paylaşır. Amma məndə bu alınmadı".
Milli.Az bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həftənin qonağı" verilişinə müsahibəsində deyib.
Sənətçi ikinci həyat yoldaşı Xəyal bəylə ayrılmasından söz açıb. Fətəliyeva bildirib ki, onlar ayrılsalar da dost münasibətlərindədirlər:
"Həyat yoldaşım çox gözəl və imkanlı ailənin övladıdır. Həyat yoldaşımla ayrılmışıq deyəndə ki, biz çox gözəl dostuq. O insanı 16 ilə yaxındır ki, tanıyıram. Başımdan bir tük əskik olarsa birinci yardıma o gələcək. Çünki onun həyatında həqiqətəndə yaxşı dost, həyat yoldaşı və övladının anası olmuşam. Soyuqluq ola bilər... Elə məqamlar olur. Mən indi də onu çox istəyirəm. Mən sevəndə dəli kimi sevirəm. Belə daha hörmətli və gözəldir. Bizim bir-birimizə qarşı hörmətimiz qalıb. Bizim övladımız var. O övladıma gözəl atadır".
Qeyd edək ki, Fatimə Fətəliyeva illər əvvəl Aydın adlı bəylə ailəli olub. Onların bu evliliyindən Aydan adlı qızları dünyaya gəlib. İllər sonra Fatimə ikinci dəfə Xəyal adlı bəylə ailə qurub. Onların bu nikahından Hüseyn adlı övladı doğulub. /olay.az
Milli.Az