Ölkə

Aeroport yolunda təhlükəli vəziyyət - FOTO

6 Dekabr 2025 11:30
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi qəzalar var ki, onların baş verməsinə səbəb avtomobilin texniki vəziyyəti yox, yoldakı vəziyyətdir. Hansı ki, bu avtomobillərin idarəetmədən çıxaraq bördürə, başqa maşına çırpılmasına, eləcə də, aşmasına səbəb ola bilər.

Hava limanı yolunda yaranan çuxur sürücülər üçün təhlükəyə çevrilib. Sözügedən ərazidə yolun çökməsi nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.

Görüntüləri sosial şəbəkədə paylaşan şəxs qeyd edib ki, maşınının təkəri deşilib, xoşbəxtlikdən maşın idarəetmədən çıxmadan dayandıra bilib.

Hadisənin bir neçə gün öncə baş verdiyini qeyd edən şəxs hazırda yolun təmir olunduğunu bildirib.

Qeyd edək ki, qanunvericiliyə görə sözügedən hallarda sürücüyə dəyən zərəri yolun aid olduğu qurum tərəfindən qarşılanmalıdır. Bunun üçün hadisə yerinə polis dəvət olunmalı, hadisənin sxemi tərtib olunmalıdır. Sürücü ona dəymiş qüsur aktını və hadisənin sxemini də məkəməyə təqdim etməklə ona dəyən zərəri tələb edə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.