Ölkə

Biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?

3 Mart 2025 20:13
Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycan xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu gətirilib. Məlumata görə ən çox toyuq Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirilib. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunub.

Bəs, bu qədər ucuz qiymətə gətirilən toyuqlar hansı məqsəd üçün istifadə edilir?

Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, DSK-nin yaydığı bu məlumat qaranlıq bir məsələnin üzərindən pərdə qaldırıldı:

"2 ilə yaxındır ki, istehlakçılar bizdən soruşurlar ki, 3-ü 10 manata satılan toyuqlar haradan gətirilir, mənşəyi nədir? Mən də hər dəfə bunun yumurtadan kəsilmiş anaş toyuqlar olduğunu demişəm. DSK -nın məlumatını da araşdırarkən aydın oldu ki, biri 65 qəpiyə gətirilən toyuqlar Türkiyədə yumurtadan kəsilmiş anaş toyuqlardır. Bu toyuqları ölkəmizə Naxçıvan gömrüyündə işləyən əslən Nehrəmdən olan Emil adlı bir nəfər gətirir. Yumurtadan kəsilmiş anaş toyuqlar insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bunu araşdırmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.