Kriminal

Təbiətə 3 milyonluq ziyan vurdular

3 Mart 2025 18:41
Baxış: 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Sabirabad rayonunda "Azera Toxumçuluq" MMC, "Aran Agro" MMC və digər hüquqi şəxslərin vəzifəli şəxsləri, Tərtər rayonunda isə fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu sayda yaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsi nəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.