Kriminal

“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları

19 Dekabr 2025 01:13
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qusarın Hil kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən 32 yaşlı Diana Təyibovanın yaxınları "Baku TV"yə danışıb.

Bildiriblər ki, qadının meyiti kənddəki boş evlərdən birində tapılıb:

"Boğazını qayçı ilə kəsib. Ağzı, əl-ayağı da bağlanıbmış".

"Diananı hadisədən bir həftə əvvəl mağazada görmüşdüm. Həmin gün onunla bir az söhbətləşdik. Diana yoldaşı ilə ayrılmışdı. Mənə əri ilə barışmaq istədiyini, uşaqlarının tək qaldığını dedi. Üç övladları var idi", - deyə mərhumun başqa bir yaxını bildirib.

Hadisə ilə bağlı Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Təyibov Rayon Prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.