Türkiyə Super Liqasında XVII turun oyunları davam edir.
Milli.Az xəbər verir ki, günün ilk matçında "Alanyaspor" doğma meydanında autsayder "Karagümrük"lə qarşılaşıb.
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray" isə "Kasımpaşa" ilə üz-üzə gəlib. "Sarı-qırmızılılar" Yunus Akgün, Qabriel Sara və Mauro İkardinin vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.
"Samsunspor" isə "Göztəpə" ilə səfər oyunundan xalsız qayıdıb - 0:2.
Milli.Az





