Yatmazdan əvvəl bu 5 qidanı əsla yeməyin - Reflüks, yuxusuzluq və həzm problemləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yuxu keyfiyyəti həyat keyfiyyətinə birbaşa təsir edir. Gecə saatlarında qəbul edilən bəzi qidalar mədə yanması, reflüks, gecə oyanmaları və səhər yorğunluğuna səbəb ola bilər.
Milli.Az Doktor Portakalın araşdırmasına əsasən, yatmazdan əvvəl uzaq durmalı olduğunuz 5 əsas qida qrupunu təqdim edir.
Acı bibər və bol ədviyyatlı yeməklər mədə turşusunun ifrazını artırır. Acı bibərdəki kapsaisin maddəsi mədə və yemək borusu arasındakı qapağı zəiflədir. Uzanmış vəziyyətdə mədə turşusu yemək borusuna qaçır (reflüks), bu da boğaz yanması və öskürəyə səbəb olaraq yuxunu pozur.
Tort, peçenye və dondurma kimi şəkərli qidalar qan şəkərində "domino effekti" yaradır. Şəkər qəfil yüksəlir, sonra isə sürətlə düşür. Bu zaman bədən həyəcan siqnalı verərək kortizol və adrenalin hormonlarını ifraz edir. Gecə yarısı ürəkdöyünmə və tər içində oyanma, səhər isə həddindən artıq yorğunluq hissi.
Yüksək qlisemik indeksə malik olan qarğıdalı lopaları və ağ çörək bədən tərəfindən çox sürətlə həzm olunur. Toxluq hissi qısa sürür və siz yuxuya getməyə çalışarkən bədən yenidən aclıq böhranı keçirir. Bu da yuxunun bölünməsinə səbəb olur.
Qızartmalar və Yağlı Yeməklər - Kartof qızartması, çips, pizza və fast-food həzm sistemi üçün ağır yükdür. Yağların tam həzm olunması 4-6 saat çəkir. Bədən gecə boyu özünü bərpa etmək əvəzinə, bütün enerjisini həzmə sərf edir. Bu, həm reflüks riskini 40% artırır, həm də boy hormonunun ifrazını azaldır.
Xüsusilə tünd (bitter) şokolad həm kafein, həm də teobromin maddəsi ilə zəngindir. 100 qram tünd şokoladda demək olar ki, bir fincan kofedəki qədər kafein var. Kafein bədəndə 5-6 saat qalır. Saat 21:00-da yediyiniz şokolad gecə saat 02:00-da hələ də qanınızda aktiv olur və dərin yuxuya getməyə mane olur.
Gecə saat 23:00-dan 03:00-a qədər boy hormonu ən yüksək səviyyəyə çatır. Bu hormon hüceyrələri yeniləyir və piyləri yandırır. Lakin ağır yemək yedikdə bu hormonun ifrazı 50% azalır.
Əgər gecə mütləq nəsə yemək istəyirsinizsə, tərkibində triptofan və maqnezium olan bu qidalara üstünlük verin:
- Badam: Maqneziumla zəngindir, əzələləri sakitləşdirir.
- Qatıq: Kalsium sayəsində yuxuya keçidi asanlaşdırır.
- Banan: Təbii sakitləşdiricidir.
- Çobanyastığı çayı: Rahatladıcı təsir göstərir.
Yuxu keyfiyyətinizi qorumaq üçün axşam yeməyini yatmazdan ən az 3 saat əvvəl bitirin.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
XƏBƏR LENTİ
-
Paşinyan bu halda istefa verəcəyini açıqladı
-
Bu məhsulu qətiyyən almayın - Xəbərdarlıq
-
Tarixi görüş başladı - Putin, Tramp, Cinpin bir arada
-
Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc
-
Tramp Putinlə bir saatda nə danışdı? - Müzakirə olunan mövzular
-
“Uzak şehir” final edir?
-
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi - (Foto)
-
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
-
Hikmət Hacıyevdən Ermənistana çağırış
-
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində - (Foto)
-
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - Açıqlama
-
Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
-
Tanınmış xanəndələr yol nişanlarını tanımaqda çətinlik çəkdilər - (Video)
-
Azərbaycanda şagirdlərin sayı azalıb
-
Məşhur İtaliya klubu itlə müqavilə imzaladı
-
Bakıda 15 yaşlı oğlan bıçaqlandı
-
Şamaxinkadakı lift nə vaxt işləyəcək?
-
Nərman Qocatürkün meyiti tapıldı
-
Lətafət Ələkbərova: ""Gel"lər məni narahat edirdi, üzgərmə əməliyyatı etdirdim" - (Video)
-
Pensiyaların veriləcəyi tarix açıqlandı
-
Azərbaycanda qadın rektorların idarə etdiyi universitetlər - Adlar
-
ABŞ-də sistemlər çökür: Minlərlə uçuş ləğv edildi, banklar sıradan çıxdı
-
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? - Dosye
-
Alim Qasımovun ifası GTA 6-da - (Video)





