Kriminal

Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı - Cəzasını ciddi rejimdə çəkəcək

19 Dekabr 2025 11:55
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Mələk Zeynalova barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə və prokurorluğun protestinə baxılıb.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəmə M.Zeynalovanın şikayətini təmin etməyib, prokurorluğun protesti isə təmin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 8 il həbs cəzası ləğv edilərək yeni hökm çıxarılıb. Belə ki, M.Zeynalovanın 10 il azadlıqdan məhrum edilməsinə, cəzasını ümumi rejimli deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.

Qeyd edək ki, Ağdam rayon sakini olan M.Zeynalova xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketləri təşkil edəcəyi adı ilə onlarla vətəndaşı aldadıb. O, dələduzluq yolu ilə vətəndaşların 575440 manatını ələ keçirib.

Məhkəmə M.Zeynalovanı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib.

Xatırladaq ki, 2023-cü ildə M.Zeynalova polis tərəfindən saxlanılarkən Daxili İşlər Nazirliyi (DİN) onun əməlləri ilə bağlı məlumat yaymış və əhaliyə müraciət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.