Hadisə

Hamamda meyiti tapılan gəncin FOTOsu

3 Mart 2025 19:28
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  mərhumun təhsil aldığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci onun haqqında paylaşım edib.

Bildirilib ki, kollecin Zootexniklik ixtisası üzrə I kurs tələbəsi olan Əliyev Rahib Elnur oğlu  çalışqanlığı və mehribanlığı ilə seçilən tələbə olub.

"O, müəllim və tələbə yoldaşları arasında daim hörmət və rəğbətlə qarşılanırdı. Təlim və təhsilə olan marağı, məsuliyyətli yanaşması və səmimi insanlığı ilə o hər zaman kollektivimizin yaddaşında qalacaq".

Qeyd edək ki, gənc Ağdam rayon sakini olub, hadisə onun İsmayıllıda təhsil almaq məqsədilə  yaşadığı kirayə evdə baş verib.

Onun dəqiq ölüm səbəbi hələlik bilinmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.