İran

İranda güclü zəlzələ - Xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB

22 Sentyabr 2024 20:10
Baxış: 3 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:10

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib.

-------

17:46

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.

-----------
10:36


Bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Bojnurdda qeydə alınan zəlzələ nəticəsində kiçik dağıntılar olub, 7 nəfər yüngül xəsarət alıb.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.