Azərbaycanlı yazıçı həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güney Azərbaycanın Həmədan şəhərində yaşayan şair, yazıçı və ictimai fəal Əli Cahanian həbs olunub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, sentyabrın 9-da təhlükəsizlik məmurları şairin evinə hücum edib, onu və həyat yoldaşı Firiştə Surini özləri ilə aparıblar.
Bir neçə saatdan sonra yazıçının xanımı sərbəst buraxılsa da, özü Həmədan şəhərinin təhlükəsizlik təcridxanasına salınıb.
Azərbaycanlı şairin evində axtarış aparılıb, ona məxsus şəxsi əşyalar, kompüter, mobil telefon və b. müsadirə olunub.
Əli Cahanianın həbsi sosial mediada hakimiyyəti sərt tənqid edən video paylaşdıqdan sonra baş verib.
Şair İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qısasını alacağı barədəki bəyanatlarını tənqid edib:
"Həsən Nəsrullahlar, İsmayıl Haniyələr iranlı gənclərin saçının bir tükünə dəyməzlər, xalqın dərdi HƏMAS, Hizbullah, Livan, Qəzza, hicab və Ərbəin mərasimləri deyil. Edamların sayını artırmaqla xalqı qorxudub susdura bilməyəcəksiniz. Siz İsmayıl Haniyənin qısasını almaq istəyirsiz, biz isə öldürdüyünüz gənclərimizin qısasını sizdən alacayıq".
Qeyd edək ki, azərbaycanlı şair bundan əvvəl də tənqidi yazıları və çıxşlarına görə, dəfələrlətəzyiqlərə məruz qalıb və həbs olunub.
O, 2023-cü ilin aprel ayında Əli Xaməneini tənqid etdiyinə görə təhlükəsizlik məmurları tərəfindən oğurlanıb, döyülüb və bir neçə gündən sonra huşsuz vəziyyətdə şəhər ətrafına atılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
XƏBƏR LENTİ
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)
-
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf
-
Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - (Foto)





