İran

İran əvvəlkindən beşqat artıq güclə hücum edəcək - Polkovnik

6 Avqust 2024 13:38
Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın İsrailə yeni hücumu əvvəlkindən qat-qat güclü ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Mark Babot deyib.

"İranın hücumu İsrailin son nəticədə Tehranın nüvə proqramını məhv etməsi və bütün dünyanı normallaşmaya gətirməsi üçün səbəb ola bilər. Biz bunu son raket zərbəsində (çox güman ki, Haniyənin vurulması nəzərdə tutulur - red.) gördük", - o bildirib.

Babot xatırladıb ki, İran apreldə üç yüzdən çox müxtəlif PUA və raket buraxmışdı, indi bu, 1,5 minə qədər arta bilər:

"ABŞ-ın həm Qırmızı dənizdə, həm də Aralıq dənizində donanmalarını gücləndirmələrinə baxmayaraq, İsrail tam döyüş hazırlığındadır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.