İran

İranda Krım-Konqo qızdırması virusu yayıldı: Ölənlər var - FOTO

25 Avqust 2023 11:10
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda Krım-Konqo qızdırması virusu yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Bununla bağlı İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi açıqlama verib.

Onun sözlərinə görə, ölkədə 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub və bu xəstəlikdən üç ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Krım-Konqo virusuna yoluxma, əsasən, gənə dişləməsi zamanı, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Xəstəliyin əlamətləri yüksək hərarət, üşütmə, əzələ ağrıları, başağrısı, ürəkbulanma, qusma, ishal, dəridə səpgi və qanaxmalardır.

Xəstəliyin ölüm əmsalı 40 faiz təşkil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.