İran

İranlı rejissor həbs edildi

15 Avqust 2023 15:57
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda məşhur rejissor Səid Rustayi həbs edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 6 ay azadlıqdan məhrub olunub. Buna səbəb isə rejissorun lentə aldığı "Leylanın qardaşları" filmi olub.

Ekran işi Kann Film Festivalında nümayiş etdirildiyi üçün Səid rejim əleyhinə təbliğat aparmaq da ittiham olunub. Hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.

Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı "Leylanın qardaşları" filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.