İran

Xamenei QƏRAR VERDİ - Etirazçılar cəzalandırılacaq

21 Noyabr 2022 10:58
Baxış: 2 017

İranın ali rəhbəri Seyid Əli Xamenei kütləvi etirazlara qatılanların cəzalandırılmasını tələb edib. O, bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,bu barədə "Azad İran" teleqram kanall məlumat yayıb. 

Xamenei bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.

İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamenei qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb: 

"Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək".

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics