İran

İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu

31 İyul 2022 16:02
0 Şərh     Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın iki sərhədçisi Qərbi Azərbaycan əyalətinin Salmas sərhəd rayonundakı ərazidə patrul xidməti apararkən həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Qərbi Azərbaycan Vilayəti Sərhəd Mühafizə Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsi məlumatı təsdiqləyib. Qeyd edilir ki, İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Salmas rayonunun sərhəd alayının iki əsgəri patrul xidməti apararkən həlak olub.

Qeyd edək ki, Salmas qərbdə İraq, şimal-qərbdə Türkiyə ilə həmsərhəddir.

Bildirilir ki, hadisə ilə bağlı ətraflı məlumat aidiyyəti qurumlar tərəfindən daha sonra açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.