Maraqlı

Sizdə insult ola bilər? SADƏ TESTlə yoxlayın

9 Dekabr 2021 21:00
0 Şərh     Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu testi Kioto Universitetində işləyən yaponiya alimləri təklif ediblər. Bu testin nəticələri insanda beyin qan dövranının pozulmasını aşkar etməyə imkan verir.

1 ayaq üzərində dayanın, o biri ayağınızı bir qədər qaldırın. Bu vəziyyətdə 1 dəqiqə ərzində dayanmalısınız.

Əgər siz bu testdən uğurla keçmisinizsə, sizdə beyin qan dövranında pozulmalar yoxdur.

Əgər siz belə vəziyyətdə 20 saniyədən az qala bilmisinizsə, mütləq nevroloqun müayinəsindən keçin. Bu beyin qan dövranının pozulmasından xəbər verə bilər.

Alimlər bu testi 1400-ə yaxın insan üzərində yoxlayıblar. Daha sonra beyin qan dövranı xüsusi avadanlığın köməyi ilə yoxlanılırdı. Tarazlıq testindən keçə bilməyən insanların bir çox hissəsində həqiqətən beyin qan dövranı pozulmaları aşkar olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.