Hallüsinasiya (qarabasma). Səbəblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hallüsinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallüsinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur.
İndiki zamanda daimi stress hallüsinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallüsinasiya nədir?
Hallüsinasiya - mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsidir. Hallüsinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallüsinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır.
Psixoz xəstəliklərində hallüsinasiya hallarına tez-tez rast gəlinir. Xəstə səhv, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr mələk, cin və şeytanlara oxşar varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da bəzən müvəqqəti hallüsinasiyalar yaranır. Hallüsinasiyaların təsiri altına düşən xəstə intihar edə bilər. Gözə görünən hallüsinasiyalara əsasən müxtəlif şəkillər aiddir. Onlar qəribə, qeyri-adi heyvanlar, qorxunc başlı insanlar və s. görürlər.
Hallüsinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gərçəkdən mövcuddur.
Psevdohallüsinasiya anlayışı da mövcuddur. Psevdohallüsinasiyada xəstələr öz yanlış xarakterini dərk edirlər. Hallüsinasiyanı illüziyadan fərqləndirmək lazımdır. İllüziya (latınca illusio - yanlış fikir, yalan) - real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş qavrayışıdır. Amma hallüsinasiya zamanı yanlış qavrayış subyekt özü olmadığı halda yaranır.
Hallüsinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallüsinasiyanın yaranmasına gətirib çıxarır.
Kiçik uşaqlar, hətta bəzi böyüklər də yatmazdan əvvəl və ya yuxudan oyananda hallüsinasiyaya tutulur. Buna səbəb isə gözlərin erkən sürətli hərəkəti adlı yuxu fazasıdır. Bu fazada insanlar parlaq yuxular görürlər. Hallüsinasiya psixoloji və ya somatik xəstəliklər zamanı, bəzi dərmanların, spirtli içki və ya narkotik maddələrin qəbulu nəticəsində də yarana bilər. Həmçinin, psixoloji depressiya da bura aiddir. Depressiyanın bu ağır formasına adətən hamiləlikdən sonrakı dövrdə və yaşlı xəstələrdə tez-tez rast gəlinir.
Hallüsinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik tərəqqi edə bilər. Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət etmək lazımdır. Müasir preparatlar uğurla bu işin öhdəsindən gələ bilir. Bu psixi pozuntunun öhdəsindən daha yaxşı nəticəni isə psixiatr və psixoloqun birgə fəaliyyətindən əldə etmək olar. Özünüzü və sağlamlığınızı qoruyun. Sağlamlıq insan üçün çox vacib və əhəmiyyətlidir.
Aygün Ağabalayeva
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
XƏBƏR LENTİ
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı





