“Ayətul-kürsü”nün 50 bərəkətli kəlməsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ayətul-kürsü"də 50 kəlmə vardır ki, hər birinin bərəkəti vardır. Quranın hər bir ayəsinin xüsusi məqamı vardır və bəziləri başqa ayələrdən üstündür. Ancaq bəzi ayələrin xüsusi nuru olur və açar rolunu oynayırlar. Onlara "Ğurəril ayət" deyirlər. Mənası "nur saçan və mühümdür" deməkdir.
Bəzi ayələr Quranda açar rolunu oynayır və onun vasitəsilə başqa ayələri dərk etmək olur. Bu ayələrdən biri də "Ayətul-kürsü"dür. Əllamə Təbatəbainin nəzərincə "Ayətul-kürsünün" ən mühüm xüsusiyyəti odur ki, "ğurər" ayələrdəndir. İslamın bütün məsələləri: əqaid, əxlaq, əhkam və hüquq tövhidə qayıdır. Bu ayə də tövhid ayələrindəndir.
Tövhid bütün maarif və layiqli əməllərin bünövrəsidir. Ona görə də bu ayələr açar rolunu oynayan ayələrdir.
İmam Sadiq (ə) buyurur: "Əbuzər Peyğəmbərdən (s) soruşur ki, sizə nazil olan ayələr içərisində hansı ayə başqalarından daha üstündür?". Həzrət (s) buyurur: "Ayətul-kürsü"". Həmçinin İmam Əli (ə) buyurur: "Dəfələrlə eşitmişəm ki, Həzrət Rəsul (s) buyurur: "Quran kəlamlarının seyyidi - Quranın bütün kəlamlarıdır. Bütün Quranın ağası mübarək "Bəqərə" surəsidir. "Bəqərə" surəsinin ağası və Quran maarifi "Ayətul-kürsüdür". Peyğəmbər (s) bu hədisin sonunda İmam Əliyə (ə) buyurur: "Ya Əli! "Ayətul-kürsüdə" 50 kəlmə vardır. Onun hər kəlməsində bərəkət vardır".
Başqa bir hədisdə Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, hansı ayə Quran ayələri içərisində böyükdür. "Ayətul-kürsü"nü oxumağa başlayır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: "Hər bir şeyin zirvəsi və qalası vardır ki, Quranın zirvəsi "Ayətul-kürsü"dür. Əlbəttə, "Ayətul-kürsü"nün tövhidi olması çox mühümdür. "Ayətul-kürsü"də Allahın gözəl adları: "Həyy, Qəyyum, Əla, Əzim" zikr edilmişdir. İmam Əli (ə) buyurur: "Allahın Rəsulu (s) mənə xəbər verdi ki, "Ayətul-kürsü" Pərvərdigar ərşinin altındakı xəzinədən ona əta edilmişdir. Peyğəmbərdən (s) əvvəl heç kimə əta edilməmişdi. Belə ki, bu ayə Peyğəmbərə (s) təxsis edilmişdir."
Aləmdə olan hər şey Allahın xəzinəsidir. "(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və "ol" kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk)". ("Hicr" 21). Bu ayədən başa düşmək olur ki, hər bir şey nəinki xəzinədir, bəlkə onun xəzinələri vardır.
Bununla da görmək olur ki, Allahın xəzinələri müxtəlifdir. "Ayətul-kürsü" də bu xəzinələrdən biridir. Bu ayə Allahı və tövhidi gözəl şəkildə bəyan edir.
Bundan başqa "Ayətul-kürsünün" şəfaverici xüsusiyyəti də vardır. Belə ki, İmam Baqir (ə) buyurur: "Hər kim "Ayətul-kürsünü" bir dəfə oxusa, Allah min dünya və min axirət bəlasını ondan uzaqlaşdırar. Dünya bəlalarından ən azı - fəqirliyi, axirət bəlalarından isə qəbir əzabını ondan uzaqlaşdırar".
Həzrət Peyğəmbər (s) buyurur: "Kim "Ayətul-kürsünü" bütün namazlardan sonra oxusa, onunla cənnət arasında ölümdən başqa bir şey qalmayacaq".
Əgər tövhid insan həyatına kölgə salarsa, bütün çətinlikləri həll olar. Çünki bütün dini əhkamların qayıtdığı məsələ - tövhiddir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü - (Video)
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı





