Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi.
Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırladı.
Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni xatırladı.
Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğuladı.
Baş nazir Azərbaycanın "ASAN xidmət" modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə etdi.
Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.
Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olundu. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirildi.
Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür etdi.
Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunuldu, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olundu. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
XƏBƏR LENTİ
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü - (Video)
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var





