Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazaxıstan Baş Prokurorluğu Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olması faktı ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat verib.
"Inform Buro" nəşrinin yazdığına görə, istintaqçılar hadisə yerinə baxış keçirib, 30-dan çox hərbçini dindirib, sənədləri və videomaterialları götürüb, 12 ekspertiza təyin ediblər.
"Xidməti vəzifələrinə etinadsız münasibətdə şübhəli bilinən, habelə meteoroloji şəraiti nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti və zəruri tədbirlərin görülməsini təmin etməyən, xilasetmə işlərini lazımi qaydada təşkil etməyən və bunun nəticəsində insanların həlak olmasına səbəb olan vəzifəli şəxslər müəyyən edilib", - deyə məlumatda bildirilir.
Nəzarət orqanı vurğulayıb ki, istintaq bütün şübhəli şəxslərin əməllərinə tam hüquqi qiymət verəcək və onların barəsində prosessual tədbirlər görüləcək.
Qeyd edək ki, hadisə Xəzər dənizinin sahilində keçirilən təlimlər zamanı baş verib.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.
Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
XƏBƏR LENTİ
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Azərbaycan yenidən şəhidlərinə baxır
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü





