Maraqlı

Zehni iş əqli zəifliyin qarşısını alır

28 Avqust 2021 22:50
0 Şərh     Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zehni stimullaşdıran iş qocalıq dövründə demensiyadan (əqli zəiflik) qoruyur. Bu nəticəyə İsveç, Finlandiya, Britaniya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu gəlib. Mütəxəssislər 107 896 iştirakçının idrak qabiliyyətinin stimullaşdırılması ilə demans riski arasındakı əlaqəni təhlil edib. Bundan əlavə, beyin hüceyrələri arasında əlaqələrin meydana gəlməsinə mane olan zehni stimullaşdırma ilə zülallar arasındakı əlaqə məlum olub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tədqiqatın başlanğıcında idrak stimullaşdırması ölçülüb, iştirakçıların psixi sağlamlığı isə orta hesabla 17 il izlənilib. Yaş, cinsiyyət, təhsil səviyyəsi və həyat tərzi daxil olmaqla, potensial faktorlar nəzərə alındıqdan sonra, işdə idrak stimullaşdırması aşağı olanlara nisbətən yüksək idrak stimullaşdırması olan iştirakçıların demans (əqli zəiflik) riskinin daha aşağı olduğu aşkar edilmişdir. Tədqiqatçılar kişi və qadın və ya 60 yaşdan kiçik olanlar və yaşlılar arasında heç bir fərq tapmayıb, lakin əlaqənin Altsheymer xəstəiyi üçün digər demanslara nisbətən daha güclü olduğuna dair əlamətlər görsənib. Əqli stimullaşdırmanın Altsheymer xəstəliyi ilə əlaqəli üç zülal səviyyəsinin aşağı olması ilə də əlaqəli olduğu ortaya çıxdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.