Maraqlı

“Mardi Gras” laynerinin Karib dənizindəki səfəri yeddi gün davam edəcək

8 Avqust 2021 20:55
0 Şərh     Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Carnival Cruise Line" şirkəti cari il iyulun 31-də "Mardi Gras" kruiz gəmisini Kanaveral limanından ilk səfərinə yola salıb. "Mardi Gras" laynerinin Karib dənizindəki səfəri 7 gün çəkəcək.

Milli.Az seanews.az-a istinadən bildirir ki, 5282 nəfər üçün nəzərdə tutulan kruiz gəmisinin 2020-ci ilin mart ayından sonra baş tutan ilk  səfərində sərnişinlərin sayı ümumi tutumun təxminən 70% -ini təşkil edib. Eyni zamanda, "Carnival Cruise Line" şirkəti heyətin və sərnişinlərin 95%-nin peyvənd edilməsinə dair tələb irəli sürmüşdü.

Amerikada təbii maye qazla işləyən ilk layner hesab edilən "Mardi Gras", pandemiyanın yayılmasından sonra "Carnival Cruise Line" şirkətinin ABŞ-da  səfərlərini bərpa edən sayca beşinci  gəmisidir. Şirkət oktyabr ayınadək dənizə çıxan gəmilərinin sayını 15-ə çatdırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.