Maraqlı

OnePlus Nord 2 smartfonu və OnePlus Buds Pro naqilsiz qulaqlıqları təqdim olunub - QİYMƏTİ

27 İyul 2021 21:45
0 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçirilmiş online təqdimat çərçivəsində OnePlus şirkəti keçən ilki Nord smartfonunun davamçısı olan Nord 2-ni və OnePlus Buds Pro naqilsiz qulaqlıqlarını təqdim edib. Keçən ilki OnePlus Nord orta büdcəli smartfon kimi təqdim edilmişdi. Lakin yeni OnePlus Nord 2 modeli daha çox flaqman smartfonlara yaxındır. Smartfonun həm xarici görünüşü həm də texniki özəllikləri bunu sübut edir. Xarici görünüşcə yeni OnePlus Nord 2 modeli OnePlus 9-u və 9R-i xatırladır. Belə ki, OnePlus Nord 2 də nazik çərçivələrə sahib ekran ilə təchiz olunub və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Yeni model 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

    Əsas texniki özəlliklərə gəldikdə isə o, MediaTek Dimensity 1200 AI prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma) + 8 MP (119 dərəcə bucaq təsviri) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfonun prosessoru süni zəka əməliyyatlarının yerinə yetirilməsi üzrə optimizasiya edilib və 5G dəstəyinə sahibdir. Bununla yanaşı OnePlus Nord 2 modeli NFC modula və stereo səsgücləndiricilərə sahibdir. Smartfon OxygenOS 11.3 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 400 avroya, 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 500 avroya satılacaq. Digər konfiqurasiyalarda olacaq versiyaların qiymətləri barəsində məlumat verilməyib. OnePlus Nord 2 28 iyul tarixində satışa çıxacaq.

    OnePlus Nord 2 ilə birlikdə şirkət həmçinin OnePlus Buds Pro adlı yeni naqilsiz qulaqlıqları da təqdim edib. Sözügedən qulaqlıqlar böyük drayverlər ilə təchiz olunublar, ətraf səs-küyün aktiv boğulmasını dəstəkləyirlər və hər bir istifadəçinin musiqi zövqünə uyğun adaptasiya ola bilirlər. Qulaqlıqların silikon materillardan ibarət başlıqlarını dəyişmək də mümkündür. Son zamanlarda təqdim olunan digər naqilsiz qulaqlıqlar kimi OnePlus Buds Pro da özünün şarj keysinə sahibdir. Qulaqlıqlar 11 düym-lük drayverlər ilə təchiz olunublar.

    Bundan əlavə olaraq hər bir qulaqlıq 3 ədəd mikrofona sahibdir. Sözügedən mikrofonlar ətrafdakı səs-küyün aktiv boğulmasını təmin edirlər. Qulaqlıqlara qoşulmaq üçün Bluetooth 5.2-dən istifadə olunur. Bir dəfə şarj olunandan sonra sözügedən qulaqlıqlar ətraf səs-küyün boğulması funksiyasının deaktiv edilməsi hesabına 7 saat ərzində çalışa bilirlər. Keys vasitəsilə şarj olunma isə əlavə 31 saat çalışmanı təmin edir. Ətraf səs-küyün boğulması funksiyasının aktivləşdirilməsi halında qulaqlıqlar 5 saat ərzində çalışa bilirlər. Bu halda keys vasitəsilə şarj olunma əlavə 23 saat çalışmanı təmin edir.

    USB Type-C vasitəsilə sürətli şarj texnologiyasının dəstəyi mövcuddur. Sözügedən texnologiya vasitəsilə 10 dəqiqə şarj olunandan sonra qulaqlıqlar 10 saat ərzində çalışa bilirlər. OnePlus Buds Pro qulaqlıqları həmçinin Qi standartı üzrə naqilsiz şarj tenxologiyasını da dəstəkləyirlər. Şirkətin verdiyi məlumata əsasən sözügedən qulaqlıqlar hər bir istifadəçinin musiqi zövqündən asılı olaraq istifadəçinin unikal profilini yaradır və onun sayəsində istifadəçiyə uyğun musiqi səslənməsini təqdim edir. Qulaqlıqlar OnePlus smartfonlarına sürətli qoşulmanı dəstəkləyirlər. Qulaqlıqların digər özəllikləri arasında Dolby Atmos texnologiyasının dəstəyi və IP55 standartı üzrə sudan qorunma var. OnePlus Buds Pro Avropa bazarında 25 avqust tarixində satışa çıxacaq və 149 avro qiymətində satılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.