Maraqlı

"Google" "Facebook" parollarını oğurlayan bir sıra tətbiqi rəsmi mağazasından çıxarıb

11 İyul 2021 23:15
0 Şərh     Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google" şirkəti istifadəçilərin "Facebook" hesablarının parollarını oğurlayan bir sıra populyar tətbiqi rəsmi mağazasından çıxarıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ümumilikdə 10 troyan zərərverici tətbiqetmə təyin olunaraq mağazadan silinib.

İlk baxışdan bu proqramlar faydalı və ən azından zərərsiz yardımçı proqramlar (optimizatorlar, fitness tətbiqlər, foto-redaktorlar və astrologiya proqramları) idi. Proqramlar bütün funksiyalarını lazımınca yerinə yetirirdi. Lakin bəzi hallarda tətbiqlərdə görünən reklamdan qurtulmaq üçün istifadəçilərdən "Facebook" hesablarına daxil olmaları istənilirdi ki, bu halda onların login və parolu ələ keçirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory