Maraqlı

Qualcomm Snapdragon 895 prosessoru barəsində yeni məlumatlar

6 İyul 2021 23:55
0 Şərh     Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ice Universe ləqəbli məşhur insayder Qualcomm-un növbəti flaqman prosessoru olacaq Snapdragon 895 haqqında yeni məlumatlar verib. Bundan əlavə olaraq verilmiş məlumatlar arasında sözügedən prosessorun Plus versiyası da yer alıb. Beləliklə insayder bildirib ki, Qualcomm şirkəti Snapdragon 895 modelinin istehsal prosesini Samsung-a həvalə edəcək. Qeyd etmək lazımdır ki, Samsung hal hazırda həmçinin Snapdragon 888 prosessorunun istehsalı ilə də məşğuldur.

Snapdragon 895 Plus modelinə gəldikdə isə insayder qeyd edib ki, onun istehsalı ilə TSMC şirkəti məşğul olacaq. Hər iki prosessor 4 nanometrlik texnoloji proses əsasında istehsal olunacaq. Snapdragon 895-in texniki özəllikləri barəsində məlumat azdır. Məlumata əsasən o, Snapdragon X65 5G modem və Adreno 730 qrafik çipi ilə təchiz olunacaq. İstehsalat zamanı 4 nanometrlik texnoloji prosesdən istifadə isə öz növbəsində prosessorun kristalının sahəsini 6% kiçiltməyə imkan verəcək.

Bu isə Snapdragon 895-in performansının və enerji sərfiyyatı üzrə effektivliyinin yüksəlməsinə gətirib çıxartmalıdır. Əgər bu məlumatlar həqiqəti əks etdirirsə, deməli Qualcomm şirkəti öz tarixində ilk dəfə olaraq iki prosessor modelinin istehsalını fərqli şirkətlərə həvalə edəcək. İlk məlumata əsasən Snapdragon 895 modeli bu ilin dekabr ayında, Snapdragon 895 Plus modeli isə 2022-ci ilin ikinci yarısında təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.