Maraqlı

Dünyada ən bahalı brend məlum olub

29 İyun 2021 21:15
0 Şərh     Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kantar" agentliyi dünyada ən bahalı brendlərin növbəti reytinq cədvəlini dərc edib. Dəyəri 683,85 milyard dollar məbləğində qiymətləndirilmiş "Amazon" şirkəti öz liderliyini qoruyub saxlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, dəyəri 612 milyard dollar olan "Apple" brendi ikinci mövqedə qərarlaşıb. 458 milyard dollar dəyərə malik "Google" şirkəti üçüncü yeri tutub, "Microsoft" isə dördüncü olub.

Reytinqdə ilk onluqda, həmçinin Çinin "Tencent" şirkəti, "Facebook", "Alibaba", "Visa", "McDonald's" və "Mastercard" kimi şirkətlər yerləşiblər. Yenilənmiş reytinqə 13 yeni şirkət daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.