Maraqlı

3 gündən artıq pəhriz saxlaya bilmirsinizsə...

25 Aprel 2021 16:22
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pəhriziniz aclıq krizləri səbəbilə 3 gündən artıq davam etmirsə, bəzi səhvlərə yol verirsiniz deməkdir.

Milli.Az Axşam.az-a istinadən pəhriz zamanı aclıqdan qurtulmaq üçün bəzi üsullar təqdim edir:

1. Yeməyi yavaş-yavaş çeynəyin

Pəhriz zamanı nə yediyiniz qədər, necə yediyiniz də önəmlidir. Araşdırmalar göstərir ki, çeynəmə sayının artması qida qəbulunu azaldır. Bu da daha tez doymağınıza səbəb olur.

2. Proteyinli səhər yeməyinə üstünlük verin.

Səhər yeməyi zamanı karbohidrat və proteyinlə zəngin qidalar qəbul etməyiniz qan şəkərinizin gün ərzində tarazlıqda qalmasına kömək edəcək.

3. Yüksək lifli qidalar qəbul edin

Həzm sisteminizin düzgün işləməsinə kömək edən bu qidalar uzun müddət tox saxlayır. Buğda, noxud, kinoa, bulqur, qarabaşaq, yulaf kimi ərzaqları pəhriz menyunuzdan əksik etməyin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.