Maraqlı

“Samsung” kvant kriptoqrafiyası ilə qorunan smartfon təqdim edəcək

13 Aprel 2021 23:30
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti kvant rabitə şifrələməsindən istifadə edən çiplə təchiz edilmiş "Galaxy Quantum" smartfonunun ikinci nəslini təqdim etməyə hazırlaşır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparat 6,7 düymlük "AMOLED" ekrana malikdir. 120 hers yeniləmə tezliyini dəstəkləyən displey ön kamera ilə təchiz edilib.

Smartfon "Snapdragon 860" prosessoru ilə təchiz ediləcək, bundan başqa kvant kriptoqrafiyasının köməyi ilə istifadəçinin məlumatlarının şifrələnməsini təmin edən "QRNG" çip olacaq. "Galaxy Quantum" aparatı 64 mp-lik əsas kamera, 4500 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək və suya davamlı olacaq.

Emil Hüseynov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.