Maraqlı

“Səndə başqası var, dovşanım, mən ehtiyatdayam” - FOTO

10 Aprel 2021 08:02
Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyev "Dinamo"sunun futbolçusu Vitali Buyalskinin həyat yoldaşı Alina xəyanət barədə açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Alina Buyalskaya instaqram izləyiciləri ilə söhbətdə açıqlayıb.

O, xəyanət barədə sualları da cavablandırmaqdan çəkinməyib. Alina yoldaşının xəyanəti barədə suala "Badminton" qrupunun mahnısını oxumaqla cavab verib: "Qəzəbliyəm, çünki bilirəm. Səndə başqası var, dovşanım, mən isə ehtiyatdayam".

Lakin ukraynalı gözəl bunun sualla bağlılığına aydınlıq da gətirib: "Mahnı yalnız mövzuya görədir. Vitalikin belə mənasız şeylərə vaxtı yoxdur".

Buyalskaya özünün xəyanət edib-etməməsi barədə suala da soyuqqanlılıqla cavab verib: "Bu nə suallardır? Əlbəttə, yox. Məni yoldaşımda hər şey qane edir".
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.