Maraqlı

Məşhur professor gənc və uzunömürlü olmağın sirrini açdı

1 Aprel 2021 23:50
Baxış: 2 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc və uzunömürlü olmaq yalnız xarici amillərdən deyil, həm də hərəkətlilikdən asılıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə gerontoloq, professor Vladimir Xavinson danışıb. Mütəxəssis uzun və sağlam həyata dair vacib tövsiyələr verib: siqaret çəkməyin, spirtli içki içməyin, daha çox hərəkət edin və kalori qəbulunu azaldın.

"Uzunömürlülüyün açarı düzgün və balanslı qidalanma, kalori qəbulunun məhdudlaşdırılması, tərəvəz və meyvələrin pəhrizə daxil edilməsidir. Bundan əlavə, nikotin və alkoqollu içkilər aradan qaldırılmalıdır", - ekspert qeyd edib.

Gerontoloqun sözlərinə görə, alkoqoldan imtina insanın iş qabiliyyətini yüksəldir. İçkidən sistematik istifadə isə erkən yaşlanmaya, xəstəliyə və tez ölümə səbəb olur.

Professor etil spirtinin qaraciyər, beyin və ürək hüceyrələri üçün zəhər olduğunu xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.